Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 02:16
Bakı. Trend:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda İraqın baş naziri Adil Abd Əl-Mehdi ilə görüşüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq hökümətinin rəsmi "Telegram"-kanalında bildirilir.
Məlumatda deyilir: "Xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü axşam saatlarında İraqın baş naziri Adil Abd Əl-Mehdi ilə görüşüb. Tərəflər ikitəfəli münasibətləri, o cümlədən regionda və dünyada vəziyyətin inkişafını müzakirə ediblər".
Qeyd edilir ki, C.Zərif İraq Prezidenti Bəhram Saleh və parlamentin spikeri Məhəmməd əl-Halbusi ilə də görüşəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin