Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 17:24
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
"Azəriqaz" İstehsalat Birliyindən Sonxeber.net-a bildirilib ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir.
Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.