Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 18:42
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Pakistan vətəndaşları - Asif Muhammad Anjum və Khani Shah Navazın işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin həmin şəxslərin ekstradisiyası ilə bağlı verdiyi təqdimata baxılıb.
Məhkəmənini qərarı ilə təqdimat təmin edilib və hər iki şəxsin ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.