Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili: Korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu hamıya məlumdur

Millət vəkili: Korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu hamıya məlumdur

Tarix: 26 May 2019 10:18

Bakı. Elçin Mehdiyev - Trend:

“Amnesty İnternational” kimi Azərbaycanın imicinə müxtəlif formalarda ləkə yaxmağa çalışan qüvvələr bir nüansı – XXI əsrdə yaşadığımızı, ən son yenilik və xəbərləri, istədiyin məlumatı internet vasitəsi ilə bir dəqiqənin içində əldə edilməsini nəzərə almayıblar.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq miqyaslı yarışlar, konfranslar, festivallar, qlobal forumlar, bir sözlə, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir:

"Təkcə 2018-ci ildə respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif yarışlar, tədbirlər təşkil olunub. Bu il də Azərbaycan beynəlxalq yarışlar və irimiqyaslı tədbirlərə ev sahibliyi edərək, idman ölkəsi statusunu qoruyub saxlayıb. Dünyanın diqqətini ölkəmizə yönəldən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran Prisi uğurla başa çatıb. Yarışlarla bağlı gələn idmançılar, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.

Artıq dünyanın diqqəti yenidən ölkəmizə, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununa yönəlib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür".

P.Kərimzadə qeyd edib ki, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi heç də təsadüfi deyil: "Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, imkişaf, tərəqqi, ən əsası sabitlik və təhlükəsizlik kimi amillər dövlətimiz üçün müəyyən dividendlər gətirib. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi artdıqca, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən qüvvələr fəallaşmağa başlayırlar. Erməni lobbisi və onların havadarlarının əlində alətə çevrilən qərəzli dairələr fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Belə qərəzli təşkilatlardan olan “Amnesty International” UEFA Avropa Liqasının final qarşılaşması ərəfəsində Azərbaycan əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxş olmaması ilə bağlı fikirlərə yer verilib".

Deputat əlavə edib ki, “Amnesty International” təşkilatının qərəzli mövqeyi illər əvvəl ölkəmizlə bağlı yaydığı hesabatdan da aydın idi: "Anti-Azərbaycan dairələrin əlində alət olan “Amnesty İnternational” təşkilatının gülünc, absurd fikirlər səsləndirməsi də növbəti qarayaxma kampaniyanın davamıdır. “Amnesty İnternational” unudur ki, biz informasiya əsrində yaşayırıq. Dünya ictimaiyyətinin, o cümlədən UEFA Avropa Liqasının final qarşılaşmasını izləmək istəyən idmansevərlərin Azərbaycanın gündən-günə yüksələn imici, sabitlik adasına çevrilməsi ilə bağlı məlumat toplamaları an məsələsidir. “Demokratiya”, “insan hüquq və azadlıqları” adı altında korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkili Korrupsiyalaşmış Amnesty İnternational təşkilatının sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu hamıya məlumdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ