Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 12:40
"Yuventus"un 121 əməkdaşı könüllü olaraq karantinə alınıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisinin futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra bu addım atılıb.
Karantində olanlar sırasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalının olduğu bildirilib. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.