Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 14:20
Koronavirusla mübarizə tədbirləri çərçivəsində İtaliya sakinlərinə vacib olmadığı təqdirdə evlərini tərk etməmələri tövsiyə olunduğundan kafelər boş, yollar tixacsız, metroda isə qatarlar demək olar ki, sərnişinsiz qalıb. Əksər ölkələr İtaliyaya və əksinə aviareysləri təxirə saldığı üçün paytaxt Romanın ən böyük aeroportlarında sərnişin terminalları da bağlanıb.
Son məlumata görə, İtaliyada koronavirusa yoluxmuş şəxslərin sayı 9172, ölənlərin sayı isə 463 qeyd edilir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.
Sonxeber.net Day.Az-a istinadən İtaliyanın karantin həyatını əks etdirən fotoları təqdim edir: