Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi mənə ''eşşək'' dedi'' - ''Liverpul''un futbolçusu

''Messi mənə ''eşşək'' dedi'' - ''Liverpul''un futbolçusu

Tarix: 26 May 2019 16:52

"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununda (0:3) Kataloniya klubunun kapitanı Lionel Messi ilə arasındakı mübahisəni xatırlayıb.

Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, ingilis futbolçu epizodların birində kobud oynadığı üçün argentinalı hücumçunun onu təhqir etdiyini bildirib:

"O, narazı idi. İlk hissə başa çatdıqdan sonra paltardəyişmə otağına gedərkən Messi ispanca mənə xeyli söz dedi. Hətta məni "Burro" adlandırdı. Tərcüməsi "eşşək"deməkdir. Ancaq düşünürəm ki, bu söz ümumi mənada işlədilir və meydanda kobud oynayan futbolçulara deyilir. Ondan vəziyyətini soruşdum, cavab vermədi. Bilirəm ki, dediyi sözü başa düşdüyümü anladı".

Qeyd edək ki, "Liverpul" ilk oyunda "Barselona"ya 0:3 uduzsa da, evdə 4 cavabsız qol vuraraq, finala vəsiqə qazanıb. Mersisaydlılar həlledici qarşılaşmada "Tottenhem"lə üz-üzə gələcəklər. Görüş iyunun 1-də Madriddəki "Atletiko"ya məxsus "Vanda Metropolitano" stadionunda keçiriləcək.

 


Etiketlər:  Messi mənə eşşək dedi Liverpulun futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ