Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 10:50
İngiltərə Premyer Liqası yarımçıq dayandırılacağı təqdirdə "Liverpul" çempion elan edilə bilər.
Ötən gün İngiltərə Futbol Liqasının qərarına əsasən, koronavirus pandemiyası səbəbindən Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2 oyunları 4 aprelə kimi dayandırılmışdı. Bu müddətin uzadılması da istisna deyil.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, mövsüm başa çatmasa belə, Premyer Liqa klublarının əksəriyyəti "Liverpul"u çempion kimi tanımağa hazırdı. İPL-in rəhbər şəxslərindən biri bu barədə nəşrə məlumat ötürüb. Belə olan halda, Mersisayd klubu son 30 il ərzində ilk dəfə İngiltərə çempionluğunu bayram edəcək.
Premyer Liqanın lideri "Liverpul" 29 turdan sonra ən yaxın rəqibi "Mançester Siti"ni 25 xal qabaqlayır. Çempion olmaq üçün "qırmızılar"ın cəmi iki qələbəyə ehtiyacı var.