Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 14:26
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Ağdaş rayon sakini Xəyyam Rəsulov rayon ərazisində 15 yaşlı Səbinə Babayeva (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Xəyyam Rəsulovun Səbinə ilə öz istəyi əsasında cinsi əlaqəyə girdiyi məlum olub.
Daha sonra bu hadisədən Səbinənin valdeynləri xəbər tutub. Onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.
İstintaq orqanı tərəfindən Xəyyam Rəsulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.