Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Tarix: 14 Mart 2020 15:34

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Sərxan Məmmədov "Bilyard" çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Pərvanə İsmayılovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

Pərvin İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Etiketlər:  Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl TƏFƏRRÜAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ