Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda ictimai çimərliklər və dağ-xizək mərkəzləri bağlanır

Yunanıstanda ictimai çimərliklər və dağ-xizək mərkəzləri bağlanır

Tarix: 15 Mart 2020 01:24

Bakı. Trend:

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə dağ-xizək mərkəzlərini və ictimai çimərliklərini bağlamaq göstərişini verdi.

Trend-in məlumatına görə, Baş nazir Twiiter səhifəsində yazıb: "Sabahdan bütün ictimai çimərlikləri və dağ-xizək kurortlarını bağlamağa göstəriş vermişəm. Vəziyyət ciddidir və məsuliyyət tələb edir. Çox insanın olduğu ictimai yerlərdən qaçınmaq lazımdır. Gəlin hamımız yaranan şəraitə uyğun hərəkət edək". Çimərlik mövsümü may ayında başlasa da, dəniz kənarı barlar, kafelər, restoranlar və digər infrastrukturlar il boyu yüz minlərlə qonağları qəbul edir.

Yunanıstan hökuməti ölkədə virusun yayılmasının qarşısını almaq üçün tədbirləri gücləndirib. 15 günlük uşaq meydançaları, idman zalları, kinoteatrlar, teatrlar, kitabxanalar, konsert zalları və əyləncə mərkəzləri bağlanıb.

Yunanıstan Səhiyyə Nazirliyinin son məlumatında ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının 228, ölənlərin sayının isə 3 olduğu bildirilir.


Etiketlər:  Yunanıstanda ictimai çimərliklər dağ xizək mərkəzləri bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ