Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqil Abbas: ''İnsanlar başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır''

Aqil Abbas: ''İnsanlar başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır''

Tarix: 15 Mart 2020 13:40

Koronavirusla əlaqəli Mətbuat Şurasının jurnalistlərə, KİV-lərə bir bəyanatı oldu. Bununla bağlı ajiotaj yaratmamaq, süni panikaya səbəb olmamaq lazımdır, hər kəs sosial məsuliyyətinin fərqində olmalıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr şayiələrin yayılmasında birbaşa rol oynayır:

"İndiyə qədər ölkəmizdə bu virusa yoluxan yoxdur, yoluxanların hamısı əsasən İrandan gələnlərdir. Bir nəfər qadın dünyasını dəyişib. Onun da müxtəlif xəstəlikləri var imiş, heç bu xəstəlikdən də dünyasını dəyişməyib. Bəli, bu virus bizdə də qeydə alınıb. Ölkə xaricində bu virusa yoluxub gələnlər karantinə alınıb. Dünyadakı tədbirlərə uyğun olaraq Azərbaycan hökuməti də bu virusa qarşı təxirəsalınmaz tədbirlər görür. Bu səbəbdən ölkə ərazisindəki bütün kütləvi tədbirlər təxirə salındı".

Deputat bildirib ki, bu virusu şişirtməyin, bəlaya çevirməyin əleyhinədir:

"Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın gördüyü tədbirlər profilaktik xarakter daşıyır. İnsanlar bunu başa düşməlidir ki, dövlət əhalisinin qeydinə qalır. Bu, dünyada müşahidə olunan bir haldır. Bütün dövlətlər yoluxmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Yoxsa bir nəfər beşini, o da iyirmi beşini yoluxdurar. Kütləvi tədbirlərin təxirə salınması qərarı bu baxımdan təqdirəlayiqdir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.


Etiketlər:  Aqil Abbas İnsanlar başa düşməlidir dövlət əhalisinin qeydinə qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ