Tarix: 15 Mart 2020 19:02
"Sabah" da fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib. Qol.az paytaxt təmsilçisinin rəsmi saytının istinadən xəbər verir ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq, “Sabah” Futbol Klubu əsas, əvəzedici və akademiya komandalarının məşqlərini müvəqqəti olaraq dayandırır.
Atılmış bu addım kollektivin sağlamlığı nəzərə alınaraq, infeksiyaya yoluxmaq riskinin azaldılmasına hesablanıb.
Xatırladaq ki, daha öncə “Neftçi” və “Sumqayıt” da bütün komandaların məşqlərinə fasilə verildiyini açıqlamışdı.