Tarix: 15 Mart 2020 20:28
“Napoli”nin yarımmüdafiəçisi Xose Kalexon karyerasını İspaniyada davam etdirə bilər.
Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun xidmətində “Valensiya” maraqlıdır.
İspaniyalı futbolçunun yayda başa çatacaq müqaviləsinin yenilənməsi ilə bağlı klubunun təklifini geri çevirdiyi bildirilir. Onun vətəninə azad agent statusu ilə qayıdacağı gözlənilir.
Qeyd edək ki, 2013-cü ildən “Napoli”də çıxış edən Kalexon bu mövsüm A Seriyasında 23 oyuna çıxıb və 2 qo vurub.