Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur həkimdən ŞOK AÇIQLAMA: Əllərinizi türklər kimi yuyun - FOTO

Məşhur həkimdən ŞOK AÇIQLAMA: Əllərinizi türklər kimi yuyun - FOTO

Tarix: 16 Mart 2020 23:39

ABŞ televiziyalarından birində yayımlanan verilişdə qonaq olan həkim Mehmet Öz koronavirusdan qorunmaq üçün əllərin yuyulma üsulundan danışıb.

Sonxeber.net xəbər verir ki, "The Tonight Show starring Jimmy Fallon" verilişində qonaq olan ürək-damar cərrahı virusdan qorunmanın yollarını açıqlayıb.

Həkim Öz "Turkish Twist-Türk bükülməsi" adını verdiyi üsulu ən effektiv əl yumaya misal göstərib.

Əksər insanların yanlış şəkildə əl yuduğunu qeyd edən Mehmet Öz bildirib ki, əsas olan barmaqların arasının və ovucun yuyulmasıdır:

"Bir cərrahın əllərini necə yuduğunu göstərəcəm. Deyək ki, əllərin arxa hissəsini yuyursan. Lakin bu önəmli deyil. Əlinə sabunu aldıqdan sonra "Türk bükülməsi-Turkish twist" edirsən. Daha sonra barmaqlarını ovuşdurursan və ovcunu sabunla "yağlayırsan". Prosedur 20 saniyənizi alacaq. Sonra rahatlıqla çölə çıxa bilərsiniz. Bu koronavirusa yoluxma riskini yarıya endirir". (publika.az)


Etiketlər:  Məşhur həkimdən ŞOK AÇIQLAMA Əllərinizi türklər kimi yuyun FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ