Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 02:32
Bakı. Trend:
Tunisin Baş naziri Elias Fəhfah koronavirusun yayılması ilə əlaqədar sərhəd keçidlərinin və sərnişin təyyarələrinin uçuşları üçün ölkənin hava məkanının bağlandığını elan edib.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin başçısının müraciəti ölkənin mərkəzi televiziyası ilə yayımlayıb
Müvəqqəti qaydalar yük nəqliyyatına şamil edilmir. Bundan başqa, E.Fəhfah istənilən kütləvi tədbirlərin keçirilməsinə, həmçinin küçə bazarlarının təşkilinə qadağa qoyulduğunu bildirib.
Yeni tədbirlər martın 18-dən qüvvəyə minir.
Son məlumatlara görə, Tunisdə yeni növ koronavirusa 24 yoluxma halı qeydə alınıb.