Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 07:12
Bakı. Trend:
Braziliya hakimiyyəti yeni koronavirusun yaratdığı böhrana qarşı mübarizə üçün iqtisadiyyatına təxminən 30 milyard dollar sərmayə yatıracaq.
Trend-in məlumatına görə, bu barədə konfrans zamanı ölkənin iqtisadiyyat Naziri Paulo Qedes deyib.
Nazirin sözlərinə görə, ölkədə koronavirus ilə mübarizə üzrə fövqəladə plan işə salınacaq və bu plana əsasən "üç ay ərzində təxminən 150 milyard real (30 milyard dollar - red.) ayrılacaq". Qedes qeyd edib ki, vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq plan hər 48 saatdan bir yenidən dəyişə bilər.
İlk bir milyard dollar artıq keçən həftə Səhiyyə Nazirliyinə ayrılıb.
Qedes koronavirusun yaratdığı böhranın "üç-dörd ay" davam edəcək müvəqqəti "şok" adlandırıb və qeyd edib ki, bu fazadan çıxarkən iqtisadiyyatın daha dayanıqlı olması və inkişafa doğru yönəlməsi üçün struktur islahatları aparmaq vacibdir.