Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 09:00
ABŞ-da yerləşən World View, stratosferə göndərməyi planlaşdırdığı şarlarla yığdığı məlumatları meteorologiya mütəxəssisləri kimi yerlərə köçürməyi hədəfləyir. Şirkət bundan əlavə, kosmos turizminə də yeni bir nəfəs qatmaq istəyir. Şirkət, bu məqsədlə sınaq uçuşlar keçirdi. Uçuş və naviqasiya sisteminin iş vəziyyətinə nəzarət edildi.
Sınaqlardan sonra şarlar, stratosferdə uzunmüddətli missiyaya hazırdır. Müxtəlif sensorlarla təchiz edilmiş ilk Stratolites flotu, bu yay Şimal və Orta Amerika üzərində uçacaq. Şarların, sahə müşahidəsi, hava vəziyyəti və müdafiə tətbiqlərində istifadə edilməsi nəzərdə tutulur. Belə ki, bu layihə, elm insanlarına, meteorologiya mütəxəssislərinə və hökumətlərə tipik peyklərdən daha doğru məlumat toplamada köməkçi olmağı hədəfləyir.