Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 18:52
Bakı. Sədrəddin Ağcayev - Trend:
Koronavirus Azərbaycanda “Toyota” avtomobillərinin satışına təsir göstərməyib.
Bunu Trend-ə “Toyota Center Baku”nun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, avtomobil qiymətləri stabil qalır:
“Biz qiymət artımında maraqlı deyilik. İstəyirik ki, “Toyota” avtomobilləri bütün vətəndaşlar üçün əlçatan olsun. Hazırda biz bəzi modellərə endirim tətbiq etmişik. Ehtiyat hissələrdə və servis xidmətlərində də qiymət artımı yoxdur, əksinə, 15 faizədək endirim təklif olunur. Hazırda endirim kampaniyamız davam edir. “Toyota”nın rəsmi dileri olaraq, biz beynəlxalq standartlara uyğun işləyirik. Biz daim vətəndaşlara göstərilən xidmətləri təhlil edirik və müştəri məmnuluğunu yüksəldirik”.
O bildirib ki, Yaponiya Avrasiyanın ucqarında yerləşdiyi üçün Azərbaycana maşınların çatdırılması vaxt tələb edir:
“Rahatlıq, dözümlülük və təhlükəsizlik baxımından “Toyota” avtomobilləri bütün müasir tələblərə cavab verir və bu da gözlənilən vaxta dəyir. Hələlik tədarüklə bağlı problem yoxdur. Əgər bu cür problem yaransa belə, bu, qısamüddətli xarakter daşıyacaq”.
E.Cəfərov bildirib ki, bütün dünyada satışların 2 faiz azalaması azalması perspektivi hələ koronavirusun yayılmasından əvvəl qeydə alınıb:
“Bu azalma 2022-ci ilədək davam edəcək. Təbii ki, bu Avropaya, həmçinin Azərbaycana şamil olunacaq. Amma növbəti müddətdə avtomobil sektoru sürətlə inkişaf edəcək. 2025-2050-ci illər ərzində biz pilotsuz avtomobillərin istehsalının şahidi olacağıq. 2050-ci ilədək Yaponiya, ABŞ və Avropanın, elə Azərbaycanın da yol-nəqliyyat infrastrukturu təkmilləşəcək. Mərkəzin satış və servis xidmətləri koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı hökumət tələblərinə uyğun işləyir. Dezinfeksiya işləri aparılır. Şirkət xüsusi tibbi və dezinfeksiya vasitələri ilə təchiz olunub”.