Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 16:04
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, əksepidemik işlərin geniş formada aparılması ilə bağlı 20-dən artıq taksi şirkətinə tapşırıq verilib:
"Tapşırıqlara əsasən, Bakıda taksi kimi fəaliyyət göstərən 3 mindən artıq nəqliyyat vasitəsinin mütəmadi olaraq dezinfeksiyası təmin edilib. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdirilir".