Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 22:57
Çin mütəxəssisləri koronavirusun müalicəsində "Favipiravir" adlı antiviral dərmanınından istifadə olunmasını tövsiyə edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zhanq Xinmin aparılan klinik sınaqlarda yüngül keçirilən yoluxmalarda yaxşılaşma müddətinin 11 gündən 4 günə endirildiyini açıqlayıb.
Bundan başqa, o bildirib ki, aparılan sınaqlar "Favipiravir" dərmanının COVİD-19-a qarşı mübarizədə təsirli olduğunu göstərib. O qeyd edib ki, adıçəkilən dərman yüksək temperaturulu günlərin müddətini 4,2 gündən 2,5 günə salır: "Dərman 2014-cü ildən Yaponiya bazarında var və heç bir əlavə təsiri görülməyib".