Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 07:28
Bakı. Trend:
Qazaxıstanda daha bir nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "Telegram"-kanalında xəbəer verib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 37 nəfərə çatıb. Onlardan 19-u Almatıda, 18-i isə Nur-Sultanda qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.