Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 11:16
Bakı. Trend:
Yeni Zelandiyada koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə əcnəbi vətəndaşların ölkyə daxil olması qadağan edilir.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Casinda Ardern deyib.
O bildirib ki, qərar bu gün gecə yarıdan etibarən qüvvəyə minəcək.
Qərara əsasən, Yeni Zelandiya vətəndaşları və ölkədə daimi yaşayış hüququ olan şəxslər istisna olmaqla bütün şəxslərə ölkəyə giriş qadağan olunacaq.
Qeyd edək ki, bu günədək Yeni Zelandiyada 28 nəfər koronavirusa yoluxub. Son sutka ərzində 8 yeni yoluxma qeydə alınıb.