Tarix: 19 Mart 2020 22:40
“Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah xeyirxah addım atıb.
Qol.az xəbər verir ki, 27 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə ölkəsinə maddi yardım edib.
Salah pandemiya ilə mübarizə üçün Misirə 1,17 milyon avro yardım ayırıb.
Xatırladaq ki, koronavirusa görə bir çox ölkələrin çempionatları, o cümlədən İngiltərə Premyer Liqası dayandırılıb.