Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz səni sevirik, ata'' - Corcina Ronaldonu təbrik etdi

''Biz səni sevirik, ata'' - Corcina Ronaldonu təbrik etdi

Tarix: 20 Mart 2020 15:14

Corcina Rodriqes sevgilisi olan "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu hər il martın 19-u İtaliya, İspaniya və Portuqaliyada qeyd olunan atalar günü münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində yazıb:

"Gücün və cəsurluğun sayəsində sən həmişə bizim qəhrəmanımız olacaqsan. Sən bizim qoruyucu mələyimizsən,  gecə və gündüz bizi müdafiə edirsən və sevincli anlarımızda bizim üçün xüsusi dostsan.

Sən bizə böyük sevgini bəxş edirsən, böyük dəstək verirsən. Həmişə bizim üçün ən vacib və ən yaxşı insan olacaqsan. Biz səni sevirik, ata və təbrik edirik".

 


Etiketlər:  səni sevirik Corcina Ronaldonu təbrik etdi


RƏYLƏR