Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 09:08
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunda "Mercedes" markalı mikroavtobus, "Toyota" və "VAZ" markalı minik avtomobilləri toqquşub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.