Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 12:52
Alman avtomobil nəhənglərindən Volkswagen elektromobillərilə bağlı yeni planlarını açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət elektrikli avtomobillərdə alternativ batareya doldurma üsullarını yoxlayır.
Şirkətdən bildirilib ki, avtomobilinizin batareyasını Günəş və digər bərpaolunan enerji mənbələri ilə doldurmaq mümkün olacaq. Məlumatda o da qeyd edilib ki, depolanan batareyadan enerji satmağın yolları da araşdırılır.
Açıqlamada vurğulanıb ki, 2025-ci ildə elektrikli avtomobil flotunun 350 geqavatt saat enerji depolayacaq. 2025-2030-cu illərdə isə bu rəqəmin 1 teravatt saata qədər artırılması gözlənilir.
Qeyd edək ki, sözügedən rəqəmlər hazırda dünyanın bütün hidroelektrik stansiyalarının istehsal etdiyi enerjidən daha artıqdır.