Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 17:52
Google YouTube platformasında dəyişiklik edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeniliyə əsasən, "trendlər" bölməsi "kəşf et"lə əvəzlənəcək. YouTube bu yeniliklə istifadəçilərin platformaya marağını artırmağa çalışır. Yenilik vasitəsilə trend video və paylaşımlar daha əlçatan olacaq. Bununla da oyun, musiqi və digər sahələrə aid paylaşımlar profillərə uyğun auditoriyalar qarşısına çıxarılacaq.
Yenilik artıq Android istifadəçilərinin ixtiyarına verilib. Yararlanmaq üçün Youtube tətbiqini silərək yenidən yükləmək kifayətdir. Yeniliyin yaxın günlərdə iOS cihazlarında da istifadəyə veriləcəyi bildirilir.