Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 22:52
2025-ci ildə əlaqələrin 20%-i 5G texnologiyaları vasitəsilə yaradılacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bəzi ölkələrdə yavaş-yavaş tətbiq olunmağa başlayan 5G texnologiyasından istifadə edənlərin sayı 4G ilə müqayisədə daha sürətlə artır. Ötən il 4 milyarddan çox əlaqə 4G texnologiyası ilə aparılıbsa, hazırda bu, ümumi bağlantıların 52 faizini təşkil edir. Araşdırmalara görə 2023-cü ildə bu rəqəm 60% olacaq. 2023-cü ildən sonra isə bu göstəricinin artım tempi azalaraq 56%-ə enəcək.
Mütəxəssislər bu inkişaf tendensiyası ilə 2G və 3G texnologiyalarının tarixə qovuşacağını deyirlər.