Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 06:40
Bakı. Trend:
Cənubi Koreyada yeni növ koronavirusa yoluxmuş insanların sayı 98 nəfər artıb. Ümumilikdə ölkədə 8897 yoluxma halı qeydə alınıb, ölüm sayı isə 104-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Qeyd olunur ki, son sutka ərzində COVİD-19 virusundan iki nəfər ölub, xəstəxanalardan 287 sağalmış xəstə buraxılıb. Koronavirusun Cənubi Koreyada yayılmasının başlanğıcından ümumilikdə 2909 nəfər sağalıb.