Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 13:48
Koronavius pandemiyasının yayılması səbəbindən Avropa ölkələrində milli çempionatların dayandırılması ilə zərər görən klublara UEFA yardım əlini uzadıb.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumu bəzi maliyyə məsələlərində klublara verilən vaxtı uzatmaq qərarına gəlib.
UEFA onlara maddi problemdən qurtulmaq üçün güzəşt edib. Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.
Qeyd edək ki, klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları aprelin 30-dək UEFA-ya təqdim etməlidirlər.