Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar kapitanlıqdan məhrum edildi

Neymar kapitanlıqdan məhrum edildi

Tarix: 28 May 2019 12:44

PSJ-nin futbolçusu Neymar Braziliya millisindəki kapitanlıqdan məhrum edilib.

Qol.az-ın Braziliya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Titenin qərarı ilə Amerika kubokunda yığmanın kapitanı Neymar yox, Dani Alveş olacaq.

Qeyd edək ki, Neymar son aylarda intizamsız hərəkətləri ilə diqqət çəkir. 27 yaşlı futbolçu Fransa kubokunun finalından sonra azarkeşin üzünə zərbə endirib, Çempionlar Liqasında "Mançester Yunayted"lə cavab matçında isə hakimi təhqir edib. Bunlara görə o, ümumilikdə 6 oyunluq cəzalandırılıb.

 


Etiketlər:  Neymar kapitanlıqdan məhrum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ