Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 14:04
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “İmprotex” Şirkətlər Qrupu tərəfindən də dəstək göstərilib.
Trend-in məlumatına görə, “İmprotex” Şirkətlər Qrupu koronovirusla mübarizə məqsədilə Fonda 50 min manat vəsait köçürüb.
“İmprotex” şirkəti Azərbaycanın müstəqillik qazanması ilə birlikdə 1991-ci ildə ölkəmizdə ilk yaradılmış özəl şirkətlərdən olub, hazırda turizm, avtomobil və müxtəlif təyinatlı texnikaların təmsilçiliyi, eləcə də metal-konstruksiyaların və üstqurğuların istehsalı sahəsində fəaliyyət göstərir.