Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı

“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı

Tarix: 23 Mart 2020 16:20

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "İmprotex" Şirkətlər Qrupu tərəfindən də dəstək göstərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "İmprotex" Şirkətlər Qrupu koronovirusla mübarizə məqsədilə Fonda 50 min manat vəsait köçürüb.

"İmprotex" şirkəti Azərbaycanın müstəqillik qazanması ilə birlikdə 1991-ci ildə ölkəmizdə ilk yaradılmış özəl şirkətlərdən olub, hazırda turizm, avtomobil və müxtəlif təyinatlı texnikaların təmsilçiliyi, eləcə də metal-konstruksiyaların və üstqurğuların istehsalı sahəsində fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  İmprotex Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ