Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 17:44
Bakı. Trend:
“Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur. Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmasın deyə iş başındadır.
Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. Yəni biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı rahat evində otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!
Trend bu barədə hazırlanan video materialı təqdim edir: