Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 07:04
Dünyada mövcud olan koronavirus pandemiyasına görə, daşınan elektronik cihazların istehsalı və satışı azalacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda məlumat IDC analitik şirkətinin hesabatında qeyd olunub.
Məlumata əsasən, bu il 368,2 milyon daşınan cihaz satışa çıxarılıb. Bu rəqəm ötən ilin göstəricisindən 89% azdır.
Sözügedən şirkətin mütəxəssisləri bildiriblər ki, bazarda müşahidə edilən azalma minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasdır: "Daşınan cihazların satışı daha 6 ay azalmağa doğru gedəcək. Smart saat və qolbağlar daha az satılacaq. Bu ilin ilk rübündə onların satışı ümumi olaraq 13% azalacaq. Çünki bu cihazların əsas istehsalçılarından biri olan Çində bir neçə zavod bağlanıb və işçi çatışmazlığı mövcuddur".
Mütəxəssislər proqnozuna görə, 2024-cü ildə daşınan cihazların satış bazarı yenidən böyüyəcək: "Artıma görə onların istehsalı 526,8 milyona çatacaq".