Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 12:34
İKZF Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürəcək.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.
Fonddan Trend-ə verilən məlumata görə, koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.