Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 12:45
Bakı. Trend:
Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq KFC restoranları hökumətin tövsiyələrini nəzərə alaraq 24 mart tarixindən etibarən Bakıdakı restoranlarının iş rejimini saat 12:00-dan 15:00-dək məhdudlaşdırıb.
Bununla belə vətəndaşlar restoranın iş qrafikinə uyğun olaraq KFC təamlarını özləri ilə apara və ya gecə saat 01:00-dək Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərlər.
Onlayn sifarişlərə artan tələbatla əlaqədar olaraq və çatdırılma tərəfdaşı olan Hungry.az xidmətinin buna hazır olması üçün KFC mümkün olan hər şeyi edib. Tərəfdaşlar sifarişlərin ən qısa müddətdə -30 dəqiqə ərzində ünvana çatdırılmasını təmin edirlər.
KFC-dən salatlar, milkşeyklər, dondurma və dondurmalı desertlər, həmçinin qablaşdırılmamış içkilər istisna olmaqla, menyunun digər bütün əsas yeməklərini, o cümlədən şüşə qablarda qablaşdırılmış içkiləri sifariş etmək mümkündür.
Azərbaycanda və dünyada koronovirusla bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq KFC fastfud restoranlar şəbəkəsi Azərbaycandakı restoranlarında qonaq və işçilərin təhlükəsizliyinə yönəlmiş tədbirləri gücləndirib. Belə ki, hər bir restoranda dezinfeksiyaedici vasitələrin ehtiyatı artırılıb, ehtiyat ən azı bir ay üçün nəzərdə tutulub və ehtiyac yarandıqda vaxtında yenilənir. KFC əməkdaşları üçün onsuzda sərt olan gigiyena qaydalarını daha da gücləndirib, əllərin yuyulması və antibakterial vasitə ilə təmizlənməsi intervalını azaldıb.
Qeyd:
Yum! Brands, Inc (NYSE: YUM) şirkətinin şöbəsi olan KFC toyuq yeməkləri sahəsində ixtisaslaşmış, nailiyyətlər və yeniliklərlə zəngin çoxillik tarixə malik beynəlxalq restoran brendidir.
Brendin tarixi 75 il əvvəl 11 adda ot və ədviyyatdan istifadə etməklə toyuq hazırlamaq üçün qeyri-adi resept yaradan polkovnik Harland Sanderslə başlayıb. Həmin resept Harland Sandersin mətbəx qapısının əks tərəfinə yazılıb. Bu gün KFC polkovnik Sandersin yaratdığı uğur formulasına yenə də sadiqdir. Toyuq əti dünyanın 140 ölkəsində fəaliyyət göstərən 23000-dən artıq restoranda xüsusi təlim keçmiş aşbazlar tərəfindən əl ilə xüsusi qarışığa batırılaraq qızardılır.