Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin sabiq futbolçusu saxlanıldı - həbs oluna bilər

Millinin sabiq futbolçusu saxlanıldı -  həbs oluna bilər

Tarix: 28 Mart 2020 08:24

"Nyukasl"ın sabiq yarımmüdafiəçisi Nolberto Solano ölkəsində saxlanılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb Peru millisinin keçmiş futbolçusunun koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş karantin qaydalarını pozması olub.

Solanonun sözlərinə görə, dostlarını ziyarətə gedib və qonşulardan biri musiqi səsinə görə polisə zəng vurub. Keçmiş oyunçu komendant saatı vaxtı şənlik keçirmədiklərini iddia edib: "Koronavirusun nə qədər ciddi xəstəlik olduğunu bilirəm. Evdə cəmi beş nəfər var idi və kimsə musiqi səsi eşidib polisə zəng vurub. Şənlik keçirmirdik, sadəcə dostların görüşü idi".

Əsaslı səbəb olmadan təcrid zamanı evdən çıxdığı üçün Solano həbs oluna bilər. Bunu Peru daxili işlər naziri Karlos Moran da istisna etməyib.

Milli.Az


Etiketlər:  Millinin sabiq futbolçusu saxlanıldı həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ