Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb

Tarix: 28 Mart 2020 13:21

ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbayacana maliyyə dəstəyi ayırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

ABŞ Dövlət Departamaneti bildirib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək. 

Son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

Gürcüstan və Ermənistanın hər birinə isə 1.1 milyon dollar ayrılıb.

Milli.Az


Etiketlər:  ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 17 milyon dollar yardım ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ