Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 18:58
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mark Roys xeyirxah addım atıb.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkəsində koronavirus pandemiyasına görə maddi zərərə uğrayan kiçik və orta sahibkarlara dəstək olub. Bu barədə Roys rəsmi "instagram" hesabından məlumat yayıb.
Dortmund klubunun kapitanı olan yarımmüdafiəçi maddi zərərə uğrayan sahibkarlara 500 min avro yardım edib.