Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk professordan sensasiyalı resept: “Koronovirus qorxulu deyil, bunu etsəniz...”

Türk professordan sensasiyalı resept: “Koronovirus qorxulu deyil, bunu etsəniz...”

Tarix: 28 Mart 2020 22:57

Türkiyəli professor Canan Karatay dünyanı təhdid edən ölümcül koronavirus əleyhinə resept açıqlayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, məşhur kardioloq koronavirusun qorxulu xəstəlik olmadığını söyləyib.

Karatayın fikrincə, bədənin müqaviməti itməzsə, insan koronavirusa yoluxmaz: "Əsas məqam budur. Koronavirus və infeksiyalardan qorunmaq üçün ev sirkəsi, ev qatığı, turşu, turşu suyu istehlak edin. Adını korona qoyublar, amma narahat olmayın, qripdən heç bir fərqi yoxdur".

Onun sözlərinə görə, texnologiya inkişaf etsə də, əsrlərdir virusların qarşısını almaq mümkün deyil: "Virusların hüceyrəyə daxil olmasına mane olmaq lazımdır. Buna görə immunitetimizi gücləndirməliyik. Koronavirusdan qorunmaq üçün ev sirkəsi təbii probiotikdir".

Canan Karatay qripə qarşı kəllə-paça yeyilməsini tövsiyə edərək bu yeməyin protein, balanslı yağ və vitaminlərlə bol olduğunu bildirib.


Etiketlər:  Türk professordan sensasiyalı resept Koronovirus qorxulu deyil bunu etsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ