Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır'' - TƏBİB-in rəhbəri

''Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır'' - TƏBİB-in rəhbəri

Tarix: 29 Mart 2020 15:36

Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, müəssisələrimizin resursları koronavirusa yoluxanların müalicəsi üçün yetərli olsun.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Azərbaycanın digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə xariclə daha çox iqtisadi əlaqəsinin mövcud olduğunu deyən R.Bayramlı buna görə də ölkəmizdəki riksin dəfələrlə yüksək olduğunu söyləyib. Buna baxmayaraq, Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır:

"Həyata keçirilən məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edilir. Əgər vaxtında bu tədbirlər görülməsəydi, səfərbər olmasaydıq, bu gün vəziyyətə nəzarət edə bilməzdik, daha kritik ola bilərdi. Amma bu gün xəstələr ölkə daxilində aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır. Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, heç bir problemlə rastlaşmayaq, müalicə müəssisələrimizn resursları buna yetsin".


Etiketlər:  Azərbaycanda gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır TƏBİB rəhbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ