Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır''

''Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır''

Tarix: 29 Mart 2020 18:18

Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslər üçün infeksiya daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və bayıra çıxmamalıdırlar:

"Azərbaycanda bu virusla bağlı qabaqlayıcı tədbirlər görülsə də, bəziləri bu qaydalara riayət etməyərək çölə çıxır və özlərini real təhlükəyə atırlar. İnsanlar bazarlarda, marşrutlarda məsafə saxlamırlar. Bunlar narahatlıq yaradır. Hesab edirəm ki, bu cür qayda pozan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Rayondan avtomobilin yük yerində gələn şəxsə qarşı cinayət işi başlandı. Biz istəmirik ki, hər kəs cəzalandırılsın. İnsanlar özlərinin, ailə üzvlərinin, yaxınlarının təhlükəsizliyi üçün evdə oturmalı, ehtiyac olmadığı halda küçələrə çıxmamalıdırlar. Hər kəs bu qaydalara riayət etməlidir. Biz hamımız həmrəy olmalıyıq. Dövlət insanların təhlükəsizliyi üçün bütün tədbirləri görür, vətəndaşını qorumaq üçün bütün vasitələrdən istifadə edir. Biz də evdə qalaq, özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq. Biz hamımız birləşməli, birlik nümayiş etdirməli, virusa qalib gəlməliyik. İnanıram ki, Azərbaycan xalqı qaydalara əməl edəcək və bu virusa qalib gələcəyik".

Millət vəkili bildirib ki, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır:

"Azərbaycan dövləti bununla bağlı çox mühüm qabaqlayıcı addımlar atdı və bunun nəticəsini də görürük. Başqa ölkələrə nisbətən Azərbaycanda faiz etbarilə yayılma azdır. Hazırda Azərbaycanda hamı bu virusla mübarizəyə səfərbər olub. Azərbaycan dövləti kifayət qədər vəsait ayırıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ölkənin aidiyyəti qurumları, sahibklar və ziyalılar 91 milyon manatdan artıq ianə edib".

T.Kərimli əlavə edib ki, dövlətin gördüyü işlər, həkimlərin əməyi, birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşları qorumağa imkan verəcək.


Etiketlər:  Koronavirus infeksiyasının yayılmasına verməməyin xəstəliyə yoluxmamağın etibarlı yolu evdə qalmaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ