Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keyn ''Tottenhem''dən ayrıla bilər - Özü açıqladı

Keyn ''Tottenhem''dən ayrıla bilər -  Özü açıqladı

Tarix: 30 Mart 2020 00:50

"Məndən gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardan biridir”.

Qol.az xəbər verir ki, bu sözlər “Tottenhem”in futbolçusu Harri Keynə məxsusdur.

İngilis hücumçu şəxsi İnstagram hesabında London klubundan ayrılacağı haqda xəbərlərə münasibət bildirib. Komandanın ən sərrast futbolçusu “Tottenhem”dən ayrıla biləcəyini istista etməyib:
“Klubu sevirəm, ancaq bir komanda olaraq irəliləmədiyimizi və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman burada qalmayacağam.  Mən iddialı futbolçuyam".

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.
 


Etiketlər:  Keyn Tottenhemdən ayrıla bilər Özü açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ