Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rövşanə: "Nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım"

Rövşanə:

Tarix: 30 Mart 2020 16:05

"Bu da bir imtahandır. Məmləkətim bu imtahandan çıxacaq, buna inanıram. Sadəcə, insanlar buna əməl edib, evdə qalsınlar".

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən tanınmış aparıcı Rövşanə Ağasəfqızı koronavirusun bəzi insanlara dərs olacağını bildirib:

"Həyat nə gözəl imiş, bəzəkli-düzəkli günlərimizin qədrini bilək. Gecə eyvanda şəhərə baxa bilmirəm, ürəyim ağrıyır. Dünən ağlamaq tutmuşdu məni. Hanı qaynar Bakım, insandolu şəhərim? Daha qədrini biləcəyik indən belə. Çünki çoxları fironlaşmışdı. Bəzilərinin gözləri ayaqlarının altını görmürdü.
İndi o qaynar həyatın xatirəsində qovruluruq. Şəhərdə çox əsəbi oluram. Əşi, boş şeydir, nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım. Belə deyənlər cahil insanlardır".

Milli.Az


Etiketlər:  Rövşanə korona morona deyənlərlə az qalıram qırğına çıxım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ