Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

Tarix: 30 Mart 2020 20:00

PSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.

Sonxeber.net xəbər verir ki, koronavirus pandemiyasına görə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.

Navasın martın 27-də icarəyə götürdüyü təyyarə ilə Fransadan ayrıldığı, bunun üçün 200 min dollar pul ödədiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar. (publika.az)


Etiketlər:  Ölkəsinə getmək üçün dollar xərclədi


RƏYLƏR