Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 12:51
Bakı. Trend:
Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da saat 18 radələrində Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ümid Talıbov orada ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.