Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 18:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.
40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.
ÜDTT-nin əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.
Xatırladaq ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin