Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 13:00
Bakı. Trend:
Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub. Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.
Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.
Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.